Volodin: "Zelenski Ukraynanın suverenliyinə sağalmaz zərbə vurdu"

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Zelenskinin hərəkətlərinin Ukraynanın suverenliyinə sağalmaz zərbə vurduğunu açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçi qeyd edib: “Ölkə öz tarixindən, dilindən, inancından, mədəniyyətindən, adət-ənənələrindən əl çəkərsə, suverenliyini itirər”.

O qeyd edib ki, bu məsələlərdə Zelenski “Ukraynaya böyük ziyan vurub”.

Qeyd edək ki, Volodin Ukraynanın bir hissəsini işğal və darmadağın edən ölkənin - Rusiyanın qanunvericilik orqanının rəhbəridir.

Musavat.com

 

01.07.2023 13:05
637