Volodimir Zelenski: "Ərdoğanla müzakirə edəcəyim çoxlu məsələlər var”

“Türkiyəli həmkarım Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyim çoxlu məsələlər var”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, R.T.Ərdoğanla “Taxıl sazişi” barədə fikir mübadiləsi aparacaq: “Bundan başqa, Ukraynanın NATO-ya üzvlüyü, əsir mübadiləsi və digər məsələlər barədə də danışacağıq”.

Qeyd edək ki, V.Zelenski bu gün Türkiyəyə səfər edəcək.

07.07.2023 12:22
459