“Volkswagen” iki elektromobilin istehsalını DAYANDIRIR

Almaniyanın “Volkswagen” Qrupu oktyabrda iki elektromobil modelinin istehsalını dayandıracaq və gözləntilərdən aşağı tələbat səbəbindən digərlərinin istehsalını azaldacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 2-dən oktyabrın 13-dək Almaniyanın Zwickau şəhərindəki zavodda “Volkswagen ID 3.” və “Cupra Born” avtomobillərinin istehsalı dayandırılacaq.

Bununla əlaqədar olaraq, Drezdendəki "Volkswagen" zavodu oktyabrın 16-dək işləməyəcək.

Zwickau zavodunda isə "Audi" və "Volkswagen" markaları altında avtomobillərin istehsalı iki həftə ləngiyəcək.

"Biz bazarın vəziyyətini nəzərə alaraq istehsal planlarını dəyişmək məcburiyyətindəyik, indi bazarda qeyri-müəyyənlik hökm sürür" - deyə konsernin nümayəndəsi bildirib.

Qeyd edək ki, sentyabrın ortalarında "Volkswagen" aşağı tələb səbəbindən Zwickau zavodunda 269 işçini işdən çıxaracağını açıqlayıb.

Musavat.com

28.09.2023 21:00
2283