Volkan Bozkır İlham Əliyevi təbrik etdi

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkırdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

30 illik işğaldan azad edilmiş və Ana Vətənə qovuşmuş Qarabağda, inşallah, bundan sonra əmin-amanlıq hökm sürər".

25.09.2023 17:41
513