Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.
Bununla bağlı daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis polkovnik-leytenantı Ceyhun Qurbanov Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.
Qeyd edək ki, Ceyhun Qurbanov bu təyinatadək Qəbələ rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.(Sfera.az)