Vilayət Eyvazovdan DİN-də yüksək vəzifəyə YENİ TƏYİNAT

Daxil işlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Asif Qocayev Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, DİN-nin Komendant Xidmətinində uzun illər rəhbərlik etmiş polis polkovniki Eldəniz Məmmədov hazırda DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavinidir.

14.01.2023 14:20
2695