Vilayət Eyvazov “Yeni Müsavat” Media Qrupunu təbrik etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 22 iyul - Milli Mətbuat Günü münasibətilə “Yeni Müsavat” Media Qrupunu təbrik edib.

Media Qrupun rəhbəri Rauf Arifoğlunun adına ünvanlanan məktubda deyilir:

"Yeni Müsavat" Media Qrupunun rəhbəri cənab Rauf Arifoğluna

Hörmətli Rauf müəllim!

Milli Mətbuat Günü münasibətilə Sizi və kollektivinizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində daim təkmilləşən mətbuatımız, eləcə də "Yeni Müsavat" Media Qrupu müasirləşərək yüksək inkişaf səviyyəsinə gəlib çatmışdır.

Bu gün geniş izləyici auditoriyasına malik olan, beynəlxalq arenada tanınan "Yeni Müsavat" Media Qrupu regionun etimad qazanmış media qurumları sırasında yer alır və bu uğurda Sizin böyük əməyiniz var.

Dövlətçilik maraqlarını və milli maraqları daim uca tutan kollektiviniz Azərbaycan həqiqətlərini dünyanın hər yerinə yayır, cəmiyyətin ali məqsədlər uğrunda səfərbər edilməsinə dəyərli töhfələr verir.

Vətən müharibəsi dövründəki yorulmaz fəaliyyətiniz, azad olunmuş ərazilərimizin bərpasına göstərdiyiniz davamlı informasiya dəstəyi bunun bariz nümunələridir.

Məmnunluqla cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun təmin olunmasında və hüquqi maarifləndirmə işində xüsusi önəm kəsb edən işgüzar münasibətlərimizi də vurğulayaraq, Daxili İşlər Nazirliyinin şəxsi heyəti adından Sizə və əməkdaşlarınıza təşəkkürümü bildirir, möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Bayramınız mübarək!

Dərin hörmətlə,

Vilayət Eyvazov

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik

22 iyul 2024-cü il".

22.07.2024 13:04
3824