Vilayət Eyvazov rəisi işdən çıxardı

Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

T. Məşədiyev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

10.01.2023 16:50
1479