Vilayət Eyvazov onu Xankəndiyə DYP rəisi təyin etdi

Xankəndi şəhər polis şöbəsinin Dövlət Yol polisi bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad olunaraq Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub. (APA)

30.03.2024 18:04
2320