Vilayət Eyvazov bu rayonun polis şöbəsinə rəis müavini təyin etdi

Astara Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Orxan Novruzov Astara RPŞ-yə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinatadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

14.11.2022 20:25
1456