Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) sammitində Fransa Prezidenti və Almaniya Kanslerinin adından Rusiyayla Ukrayna münaqişəsinin həlli üçün danışıqlara başlamalarını tələb edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, Orbanın sözlərinə görə, Qərb ölkələri Ukrayna müharibəsində uduzur və bunu döyüş meydanındakı vəziyyət açıq şəkildə göstərir.
"Bu o deməkdir ki, biz bu müharibədə uğursuz bir strategiya seçmişik," – deyə Orban vurğulayıb.