Vikipediyada şəhid məqalələrinin bərpasına BAŞLANILDI  

 “Bu gecə 100-dən çox şəhid məqaləsi bərpa edildi. Silinən məqalə sayı çox olduğu üçün bərpa prosesi texniki olaraq zaman alacaq”.

Musavat.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. 

O bildirib ki, sözünə əməl edərək, vikipediya mövzusunu dayandırır.

“Sizdən və aktiv bu məsələ ilə məşğul olanlardan da səbirli davranmağı xahiş edirəm. Proses başlayıb, bir neçə gün məqalələrin tam bərpası həyata keçəcək.

Burada məni qalib, qəhrəman kimi görməyə ehtiyac yoxdur. Bu kiminsə qalib və ya məğlub olma yarışı deyildi. Məqsəd və hədəf ədalətin təmin olunması idi. Bu səbəbdən heç bir qıcıqlandırıcı söz işlətmədən, bərpanı təmin edənləri alqışlayıram. İctimaiyyətə isə dəstək üçün təşəkkür edirəm”.

Şahanə Rəhimli

Musavat.com

16.09.2024 12:18
210