VİDEO yayıldı - uşağı döyənlərin kimliyi müəyyənləşdi

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu, S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:

"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda təhqiqat araşdırmaları davam etdirilir".

04.08.2023 13:06
1314