“Ermənistan ətrafında təhlükəsizliklə bağlı vəziyyət gərgin olaraq qalmaqda davam edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.
“Bura Ermənistanın ərazisidir və bizim bu sərhəddən kənarda heç bir ambisiyamız olmamalıdır. Çünki bu sərhəddən kənarda olan istənilən ambisiya bizim zəif yerimiz kimi, qanuni mövqelərimizi sarsıtmaq üçün istifadə olunacaq. Biz deyirik: bu xəttdən kənar hər şey bizim deyil. Bu xəttdən içəri hər şey bizimdir. Bu məntiqlə biz öz təhlükəsizliyimizi təmin edəcəyik” - deyə Paşinyan qeyd edib.
Musavat.com