Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.
Vəzifəsindən azad olunan icra başçısının dosyesini təqdim edirik.
Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.
Qeyd edək ki, yaxın günlərdə Qusarda meşəlik ərazilərdə ağacların kəsilməsi ilə bağlı KİV-də məlumatlar yayılmışdı.//News24.az