Yevlaxda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com İnsanoid.com-a istinadla bildirir ki, S.İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil R.Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.
Nəticədə R.Əhmarov hadisə yerində ölüb. R.Əhmarov Bərdənin icra başçısı Vidadi İsayevin bacısı oğludur.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.