“Vətənə din, təriqət üzərindən xəyanət etməyə çalışan şəbəkələr mövcuddur”

Fazil Mustafa: “Onların sıradan çıxarılması üçün dövlət də, cəmiyyət də səfərbər olmalıdır”

“Görün nə qədər həyasızlaşıblar ki, dövlət rəsmisinə qarşı terror planlaşdırıblar”

“Terrorizmə qarşı mübarizədə DTX və DİN-nin bütün şəxsi heyəti böyük fədakarlıq sərgiləyir”

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Lənkəran Rayon İcra Hakimiyyətinin başçısına, eləcə də ingilis dili tədris edən xarici ölkə vətəndaşına qarşı terror təşkil etmək istəyən şəxslərin həbsi ilə bağlı məlumat yayıb.

Maraqlıdır, baş verənlər ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin mövcudluğu ilə yanaşı, həm də xüsusi xidmət orqanlarımızın peşəkarlığı kimi qiymətləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən milllət vəkili Fazil Mustafa DTX və DİN-nin bu sahədəki xidmətlərini vurğulamaqla yanaşı, cəmiyyət və dövlət olaraq atılması gərəkən digər addımlara da diqqət çəkib:

“Bu sahədə DTX və DİN-in şəxsi heyətinin olduqca böyük fədakarlığı var. Terrorizmə qarşı mübarizədə bu qurmların sıravi əməkdaşlarından tutmuş istintaqçılara, təhqiqatçılara, müstəntiqlərə qədər hər kəsin əməyi böyükdür.

Bu sahədəki təhlükələrin üzə çıxarılması ölkəmiz, xalqımız və dövlətimizin təhlükəsizliyi üçün olduqca vacibdir. Görün bunlar nə qədər irəli gedibsə, ölkə içində artıq dövlət rəsmilərinə yönələn terror aktları həyata keçirməyi planlaşdırırlar.

Cəmiyyətin alt qatlarında da bunların müəyyən dəstəkəri var. Alt qatlara yönəlik fəaliyyətdə ideoloji sistemimiz doğru çalışmalıdır. Belə bir fəaliyyət olmadan, yalnız hüquq-mühafizə orqanlarının və təhlükəsizlik oprqanlarının üzərinə bu yükü qoymaq uğurlu nəticələr verməyə bilər.

Buna görə də bütün cəmiyyətimiz, bütün insanlarımız bu məsələyə ciddi yanaşmalıdır. Bu, hər birimizin həyatı üçün təhlükə yarada biləcək bir haldır. Bu, dini cəhalətin müəyyən rüşeymlərindən istifadə edərək Azərbaycan dövlətini sarsıtmaq istəyən qüvvələrin fəaliyyətidir. Bu, əsasən erməni-İran iş birliyinin Azərbaycan üzərində sistemli fəaliyyətidir.

Ifşa olunanlar bir tərəfə, ifşa olunmayan xeyli qüvvələr var ki, onların ilımlı, sadə görünən bütün fəaliyyətlərinin arxasında əslində terrorçu niyyətləri yatmaqdadır. Ümumiyyətlə, söhbət yalnız qonşu ölkələrdən getmir. Dini cəhalətin hər hansı formasının ölkədə yayılması gələcək terror aktları üçün zəmin deməkdir. Buna qarşı cəmiyyətin bütüövlükdə həssaslığı artmalıdır.

Digər tərəfdən, dövlətin ideoloji sahəsinin daha da canlanmasına ehtiyac var. Bu sahəni daha bilgili şəkildə yönəldən bir anlayışa ehtiyac var. Bizim problemlərimizin bir qismi də buradan qayanqlanır. Dini mahiyyəti üzrə çatdıra biləcək güc demək olar ki, ortada görünmür. Ayrı-ayrı fərdi şəxslərin, düşçüncə adamlarının, ilahiyyatçıların mütərəqqi baxışları ilə bu məsələdə cidi irəliləyiş əldə etmək çətindir. Çünki onların da həyatını təhdid altına salan bir mexanizm işləməkdədir. Bu baxımdn, məncə dövlət bu məsələni ciddi müzakirəyə çxıarıb bu boşluqların doldirulması istiqamətində addımlar atılmalıdır. Əsas təbliğat maarifçilik olmalıdır. Vətənə din, təriqət üzərindən xəyanət etməyə çalışan şəbəkələrin sıradan çıxarılması üçün dövlət və cəmiyyət səfərbər olunmalıdır. Bu qüvvələrin gələcəkdə böyük fəsadlar törədəcəyi heç kimdə şübhə doğurmamalıdır”.

25.03.2024 21:56
1015