Fransa prezidenti Emmanuel Makrona ölkə vətəndaşları arasında dəstək səviyyəsi dövlət başçısı olduğu 7 ildə ən aşağı səviyyəyə düşüb.
Musavat.com xəbər verir ki, bu nəticə Odoxa sorğusunun yekununda əldə edilib. Məlum olub ki, fransızların yalnız dörddə biri prezidentin işini müsbət qiymətləndirir, qalan 75 faiz respondent Makronun fəaliyyətindən narazıdır.
Sorğu həmçinin müəyyən edib ki, respondentlərin yalnız 39 faizi Mişel Barnieri “yaxşı” baş nazir hesab edib. Əksinə, 59 faiz onun baş nazir kimi zəif işlədiyini düşünür. Bu, son 7 ildə baş nazirin təyinatı zamanı ən yüksək səviyyədə narazılıqdır.
Üstəlik, sorğuya görə, fransızların 61 faizi de-fakto “ölkəni Barnierin deyil, Makronun idarə edəcəyinə” inanır.
Sorğuda solçu “Məğlubedilməz Fransa” partiyasının qurucusu Jan-Lyuk Mélenşona da toxunulub - respondentlərin 68 faizi ona mənfi münasibət bəsləyir.
Qeyd edək ki, sentyabrın 18-dən 19-dək aparılan sorğuda 1005 nəfər iştirak edib. Sorğu cins, yaş, peşə, eləcə də rayon və yaşayış məntəqəsinin ölçüsü üzrə reprezentativ seçmə üzrə aparılıb. Sorğunun səhv marjası 1,4-3,1 faiz bəndidir.
Musavat.com