Vətəndaşın kartından pul çıxaran şəxs saxlanıldı - Video

Vətəndaşın bank kartından 725 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-dən Musavat.com-a verilən məlumata görə, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.

09.10.2022 00:00
963