Vətəndaşın bank kartından 723 manat pulu talayan şəxs saxlanılıb

Vətəndaşın bank kartından 723 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cu il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.

09.10.2022 02:05
716