Vətən müharibəsi qazisi Türkiyədə HƏLAK OLDU - FOTO

Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Orxanın avtomobil qəzasında həlak olduğu bildirilir.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.  Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

24.04.2024 10:05
1502