Vətən müharibəsi qazisi öldü - FOTO

Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Göygöl rayonunun Çaykənd kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı avtomobilin aşması nəticəsində 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, H.Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və bir sıra medallarla təltif olunmuşdu.

16.12.2024 18:44
1252