Qusarda Vətən müharibəsi qazisini döyən iki nəfər polis tərəfindən saxlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı, 2-ci Qarabağ müharibəsi qazisi, Mucuq kənd sakini, 1991-ci il təvəllüdlü Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.
Hər iki şəxs artıq saxlanılıb.
Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Şuşanın azad edilməsinə görə medalları, həmçinin "Hərbi xidmətdə şücaətə görə" medalı ilə təltif edilib.
Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.