Vətən müharibəsi iştirakçısı tanışını bıçaqladı

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, toydan sərxoş halda çıxan şəxslər arasında mübahisə düşüb.

Nəticədə Ağdaş rayonunun Mürsəl kənd sakini, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev Malay kənd sakini, 1993-cü il təvəllüdlü Alim Alcanovu bıçaqlayıb.

O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S.Abdullayev Vətən müharibəsi iştirakçısıdır.

13.06.2022 13:33
463