Vətən müharibəsi iştirakçıları yeni idman protezləri ilə təmin ediləcək.
Musavat.com-un xəbərinə görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə məlumat verərkən deyib.
O qeyd edib ki, artıq həmin protezlərin testi aparılıb və rəylər müsbət olub:"Danimarka istehsalı protezlərlə bağlı müqavilə imzalanıb. Artıq həmin protezlər bizə təqdim olunub. Ən qısa vaxtda 20 Vətən müharibəsi iştirakçısına təhvil veriləcək.
Afaq Mirayiq,
Musavat.com