Versal sarayı yanğından ziyarətçilərin üzünə açılıb

Fransanın paytaxtı Parisdə yerləşən Versal sarayı yanğından sonra yenidən ziyarətçilərin üzünə açılıb.

“Report” xəbər verir ki, bu barədə Versal sarayının "X" sosial şəbəkəsindəki səhifəsində bildirilir.

"Bu gün sarayda tüstülənmə müşahidə olunub, tez bir zamanda nəzarətə götürülüb və təhlükəsizlik məqsədilə ziyarətçilər təxliyə edilib. Hazırda saray əhalinin üzünə açıqdır", - məlumatda deyilir.

“Reuters”in məlumatına görə, yanğın damın təmir işləri aparılan hissəsində baş verib.

11.06.2024 23:50
500