Vergi Xidmətinin qurumlarının sayı artırıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturuna daxil olan qurumların sayında dəyişiklik edilib.

Musavat.com quruma istinadən xəbər verir ki, dəyişiklikdən sonra daha 7 qurum DVX-nın strukturuna daxil edilərək sayları artırılıb.

  • Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
  • Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi
  • Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi
  • Milli Gəlirlər Baş İdarəsi
  • İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi
  • Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi
  • Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi
20.10.2023 20:15
1196