Vergi ombudsmanı xidməti baş idarəsinə rəis təyin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) yeni təyinat olub.

Musavat.com apa-ya istinadən xəbər verir ki, Arif Quliyev DVX-də yeni yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi ötən ilin sonunda yaradılıb. Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.

03.04.2024 13:02
1075