Venesuela hakimiyyəti ABŞ-ın 7 vətəndaşını həbsdən azad edib, onlar hazırda vətənlərinə qayıdırlar.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.
Azad olunan amerikalılar uzun illər qanunsuz həbsdə saxlanılıblar.
ABŞ tərəfi bunun əvəzində ölkədə saxlanılan iki venesuelalını azad buraxıb.