Şabranda avtomobil velosiped sürən şəxsi vurub.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, iyulun 23-də saat 1 radələrində Şabran şəhəri ərazisində şəhər sakini A.Qurbanov idarə etdiyi VAZ-21015 markalı avtomobillə velosiped sürən Sumqayıt şəhər sakini Natiq Qulamovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.