Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.
Xaçmaz rayon sakini olan, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra, paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.
Musavat.com unikal.az-a istinadən xəbər verir ki, əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurubmuş.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.