Vəbadan ölənlərin sayı 47-yə çatdı

Cənubi Afrika Respublikasında vəba epidemiyasında həyatını itirənlərin sayı 47-yə yüksəlib.

BAKU.WS xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada Free State əyalətində daha 4 nəfərin ölümü ilə vəbadan ölənlərin sayının 47-yə yüksəldiyi bildirilib.

Açıqlamada son bir neçə həftədə ölkə daxilində vəba hallarında azalma olduğu, 10 gündə cəmi 1 vəba hadisəsinin aşkarlandığı da qeyd olunub.

“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

06.07.2023 19:57
492