“VAZ”-la motosiklet toqquşdu- Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “VAZ-2106” və motosiklet toqquşub.

"Qafqazinfo" nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

31.05.2025 17:10
484