Vatikana göndərilən səfir bu məşhurun oğludur

Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifə İlqar Yusif oğlu Muxtarova tapşırılıb.

53 yaşlı diplomat daha əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

Qeyd edək ki, İ. Muxtarov mərhum Xalq artisti Amaliya Pənahovanın oğludur.

Musavat.com

17.10.2022 16:37
1941