Vatikan Ukrayna münaqişəsində sülhə doğru irəliləyiş görmür

Vatikan Ukrayna münaqişəsində tərəflərin sülhü bərqərar etməyə hazır olduğunu görmür.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin ictimai tədbirdə çıxışı zamanı bildirib.

“Münaqişənin sona çatmasına birbaşa yönəlmiş heç bir xüsusi addım atılmır. Amma qarşılıqlı anlaşma və yaxınlaşma şəraitini təşviq etmək istərdim ki, bu da danışıqları daha da yaxınlaşdırmağa imkan verəcək. Amma şəxsən mən tərəflərin bütün bunlardan hələ çox uzaq olduğunu görürəm”, - o deyib.

13.01.2024 00:56
314