Xəstəxanada ikitərəfli pnevmoniyadan müalicə olunan Papa Fransiskin vəziyyəti son 24 saat ərzində yaxşılaşsa da, həkimlər hələ də hər hansı proqnoz verməkdən çəkinirlər.
“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 88 yaşlı pontifik günün birinci yarısını müxtəlif tibbi proseduralardan keçir, günortadan sonra 10-cu mərtəbədəki şəxsi iqamətgahının ibadətgahında dualar edir və sonra iş fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 14-dən etbarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.