"Vasmoy" bazarında ÖLÜM

Bakıda satıcı iş zamanı qəfil ölüb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "8-ci kilometr" (Vasmoy) bazarında qeydə alınıb. 60 yaşlı Əliyev Rəfael Saleh oğlu qəflətən halı pisləşərək yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Kişinin ürəktutmadan öldüyü bildirilir.

21.12.2023 17:58
1120