Varşavada soydaşımızın meyiti tapıldı

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

"Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk".

Qeyd edək  ki, Y.Həsənov itkin kimi axtarılırmış.

22.06.2023 15:27
961