Polşa paytaxtında, bir sıra rayonlarda miqrantlar boş mənzilləri zorla ələ keçirməyə başlayıblar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Seymdə (parlamentin aşağı palatası) keçirdiyi mətbuat konfransında keçmiş hakim “Qanun və Ədalət” (PiS) partiyasının lideri, sabiq baş nazir Yaroslav Kaçinski bildirib.
“Artıq Varşavada miqrantların mənzillərə girməyə çalışdıqları yerlər var. Təhlükəsizlik risk altındadır, miqrantlar boş yerləri tuturlae",- o deyib.
Kaçinski əlavə edib ki, “bu fenomen ictimaiyyətdən gizlədilir”.
Partiya lideri konkret hansı Varşava rayonlarından bəhs etdiyini və artıq neçə oxşar halın baş verdiyini açıqlamayıb.
Musavat.com