Varlı amerikalılar öz aktivlərini diversifikasiya etmək və ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasi qərarlarının, o cümlədən tariflər sahəsindəki nəticələrindən qorumaq üçün kütləvi şəkildə İsveçrə banklarında hesablar açmağa başlayıb.
Musavat.com NBC News-a istinadən xəbər verir ki, İsveçrə bankları son aylarda çoxlu sayda varlı ABŞ vətəndaşlarının onlarla investisiya hesabları açdığını qeydə alıb. İsveçrənin “Alpen Partners International” konsaltinq firmasının rəhbəri Pyer Qabris telekanala “bu, dalğalar şəklində baş verir” deyib: "ABŞ-ın 44-cü prezidenti Barak Obama seçiləndə böyük bir dalğa gördük. Covid zamanı başqa bir dalğa oldu. İndi tariflər yeni axın yaradır".
NBC News-un qeyd etdiyi nə görə, amerikalı müştərilər İsveçrə banklarına müxtəlif səbəblərdən gəlirlər: bəziləri dolların zəifləyəcəyinə inandıqları üçün dollar aktivlərinin bir hissəsini diversifikasiya etmək istəyir, digərləri Trampın dövründə ümumilikdə öz aktivlərindən narahatdır, İsveçrə banklarından qızıl alanlar da var.
Musavat.com