Vardanyanın ailəsi məlumat yaydı: "Bakı həbsxanasından bizə..."

Bakı həbsxanasında "aclıq aksiyası keçirən" Qarabağ separatçısı Ruben Vardanyanın ailəsi onunla danışdıqları barədə məlumat yayıb: "Bakıda saxlandığı həbsxanadan bizə zəng etdi".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Vardanyana ailəsi ilə danışmaq üçün növbəti dəfə şərait yaradılıb. Onunla danışan qohumları iddia edirlər ki, Vardanyan “bütün bu müddət ərzində tam təcrid olunmuş vəziyyətdə imiş, ona hətta kitab oxumağa belə icazə verilmirmiş".

Erməni və Rusiya mediası iddia edir ki, Ruben Vardanyan saxlandığı Bakı həbsxanasında aclıq aksiyası keçirir. O, özünün və digər separatçıların azad olunmasını istəyir.
Bu müharibə canilərinə yaşamaq belə haramdır.

Vardanyanın yəhudi arvadı - Veronika ən pis məqamda onu xilas edəcək?..

Lakin Azərbaycan dövləti onların təhlükəsizliyini təmin erməklə, ailəsi ilə müntəzəm əlaqələrə şərait yaratmaqla, törətdikləri cinayətlərə görə mühakimə edir. Ermənistan isə bizim əsirlər və ələ keçirdiyi mülki şəxslərlə amansız və qəddar davranıb. 1-ci Qarabağ müharibəsində Ermənistanın əsir götürdüyü 4000-dən çox Azərbaycan vətəndaşının öldüsü - qaldısı hələ də bilinmir.

Vardanyan ailəsi ilə danışdı — ARAMA.AZ - Azərbaycanın sosial şəbəkəsi

Digər tərəfdən, əminik ki, piylənmə problemi olan Vardanyan bu aksiyanı sağlamlıq naminə, çəki verməküçün edir.

Əgər aclıq etməsi gerçəkdirsə...

Musavat.com

21.04.2024 03:57
5021