"Vardanyan Putinin və Medvedyevin yaxın tanışıdı, diqqətli olmalıyıq!" - Elxan Şahinoğlu (VİDEO)

"Biz əsas diqqəti Qarabağ məsələsinə fokuslamalıyıq. Ermənistanla məsələlər aydındır ki, biz əsas strateji yüksəkliklərdə möhkəmlənmişik. Sərhəd, dəhliz məsələsi həll olunmayıb, amma hələ danışıqlar gedir. Lakin əsas diqqəti Azərbaycan ərazisinə yönəltməliyik. Məsələn, Ruben Vardanyanı Moskvadan gətirdilər Xankəndiyə. Bu, hiyləgər planın hissəsidir".

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində politoloq Elxan Şahinoğlu deyib. 

Elxan Şahinoğlu qeyd edib ki, Ruben Vardanyanı Araik Arutyunyanın yerinə gətirməyi planlaşdırırlar ki, bu da bizim üçün təhlükəli gedişatdır. 

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə:

10.10.2022 22:10
1533