Vaqif Əsədovun qızı VƏFAT ETDİ

Mərhum Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovun qızı Xuraman Əsədova vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları, sənət adamları paylaşıblar. Bildirirlər ki, Xuraman Əsədova 2021-ci ildə gənc oğlunu itirdikdən sonra onun səhhətində problemlər yaranıbmış.

Xatırladaq ki, Vaqif Əsədov ötən il mayın 19-da dünyasını dəyişib. 

 

Musavat.com

14.09.2023 21:29
2238