Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, məhkəmə prosesi başlamazdan əvvəl diqqətçəkən anlar yaşanıb.
Belə ki, vaxtilə Xankəndidə Vaqif Xaçatryanla bir yerdə işləyən, zərərçəkmiş İbrahim Nurməmmədov onunla üz-üzə gələrək sual edib:
"Vaqif, gəl yaxına, bax üzümə, tanıdın məni?"
Bu zaman Xaçatryan zərərçəkmiş tərəfə gəlib və onu tanıdığını bildirib.
Zərərçəkmiş İbrahim Nurməmmədov Musavat.com-a açıqlamasında vaxtilə Xaçatryan Vaqiflə Xankəndidə eyni yerdə işlədiyini deyib:
"İkimiz də sürücü işləyirdik. O, maşınla sahələrə gübrə daşıyırdı. Bu dəfə tanıdı məni. O, mənim atamı, anamı, qayınatamı və digər ailə üzvlərimi öldürüb".
Xalidə Gəray,
Foto və VİDEO müəllifindir
Musavat.com