Vandal millətin dəyişməz xisləti: Ermənistana qarşı təzminat davamız yaxınlaşır

Zıyanın hesablanması yönündə çox aktiv iş gedir, iqtisadçı-ekspert deyir ki...

Laçın şəhəri və ətraf kəndləri avqustun 25-dək tərk etməli olan gəlmə ermənilərin barbar hərəkətlərə yol verməyəcəkləri barədə nikbin gözləntilər doğrulmadı. Özünü dünyanın “ən qədim”, “ən mədəni” milləti sayan, əslində isə yalnız vəhşi qəbilə adını haqq edən haylar yenə öz genetik kodlarına sadiq qalaraq çıxarkən evləri, hətta meşələrimizi yandırmağa, ekoloji terror törətməyə başlayıblar.

Belə ki, dünən onlar Laçın-Zabux yolundakı meşə sahəsinə od vurublar. Srağagün isə Zabuxdan çıxan erməninin yaşadığı evi yandırmasının görüntüləri yayılmışdı.

Firdovsi Əliyev həbs olunan nazirlik əməkdaşlarından danışdı: "41 iş..."

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bəyan edib ki, Azərbaycan  son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndirir: “Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun təəssüf ki, bu gün də davam etməsinin şahidiyik. Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir. Bu hadisə tərəfimizdən daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək”.

Suriya və Livan erməniləri Laçının kəndlərindən çıxmaq istəmirlər - yeni  gərginlik

Qeyd edək ki, Azərbaycanın ərazilərimizin 30 illik işğal dövründə Ermənistanın vurduğu zərərin ödənməsi tələbi ilə beynəlxalq məhkəmələrdə iddialar qaldıracağını Prezident İlham Əliyev Vətən müharibəsinin gedişində elan edib. O bildirib ki, bütün şəhərlərin və kəndlərin video və fotoçəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır: “Bununla paralel olaraq, dağıdılmış və azad edilmiş bütün torpaqların peyk vasitəsilə çəkilişi aparılmalıdır. Dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır. Bunu biz özümüz aparmalıyıq. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar”.

Prezident qeyd edib ki, burada ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır - ictimai binaların, dövlət binalarının, müəssisələrin, - o vaxt bütün müəssisələr dövlət mülkiyyətində idi, - fərdi evlərin və çoxmənzilli binaların dağıdılması: “Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların ovaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Yəni bu işləri biz özümüz görməliyik və bu, xaricdən gələn şirkətlərin işini də bir qədər yüngülləşdirəcək. Onlar bunun əsasında müstəqil şəkildə öz hesabatlarını hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır. Çünki təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır. Dəymiş ziyana gəldikdə, eyni zamanda biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır”.

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan  Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO - AZƏRTAC

Azərbaycan Prezidenti vurğulayıb ki, həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır: “Mən bəzi rəqəmləri səsləndirəcəyəm. Qırılan meşələr. Bu meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi olub. Bununla paralel, bizim torpaqlarımız qanunsuz yollarla istismar edilib. İndi Ermənistan mətbuatında gedən məlumata görə, o torpaqların böyük hissəsini kriminal rejimin başçıları zəbt etmişdilər. Orada Ermənistanın keçmiş prezidentləri Koçəryan və Sərkisyanın böyük torpaq sahələri var idi. Eyni zamanda, qanunsuz rejimə rəhbərlik edənlərin böyük torpaq sahələri var idi. Onlar hər il böyük gəlir əldə edirdilər. Çünki o torpaqlar çox münbitdir və çox məhsuldardır. Eyni zamanda, örüş sahələri, otlaq sahələri. Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirməliyik. Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək”.

Prezident həmçinin deyib ki, əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar: “Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik”.

İlham Əliyevin martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən açıqladığı məlumatdan isə aydın olur ki, beynəlxalq məhkəmələrdə təzminat davalarının açılması üçün intensiv işlər həyata keçirilir. O, ermənilərin öz vəhşi əməllərinə görə mütləq cəzalandırılmalı olduğunu vurğulayıb: “Bu, cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır. Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq”.

Qeyd edək ki, Beynəlxalq hüquqi məsuliyyət - mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı  beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Hüquqşünas rəyinə görə, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi  olmaqla müxtəlif formalara malikdir. Reparasiya - hərbi

əməliyyatlar nəticəsində məğlub tərəfin qalib tərəfə ödədiyi onlar tərəfindən vurulmuş zərərin qarşılanması prosesidir. Restitusiya - bir dövlətin cinayət törədilməzdən əvvəl mövcud vəziyyətinə qayıtmasıdır. Buna qanunsuz olaraq tutulmuş şəxslərin sərbəst buraxılması, ələ keçirilmiş əmlakın geri qaytarılması misal göstərilə bilər. Təzminat və ya kompensasiya - müasir beynəlxalq hüquqda maddi və ya mənəvi ziyana görə maddi vəsaitlərin ödənilməsini ifadə edir. Kompensasiya beynəlxalq münasibətlərdə zərərin ödənilməsinin ən çox istifadə edilən formasıdır. Eyni zamanda pozuntuları törədən tərəfin əks tərəfdən ictimai formada üzr istəməsi - satisfaksiya, eyni və ya oxşar davranışların təkrarlanmayacağına dair öhdəlik götürməsi də beynəlxalq hüquqda nəzərdə tutulan addımlardır.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Laçın işğaladək Şərqi Zəngəzurun aparıcı rayonlarından olub: “Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

2010-cu ildə Laçın Rayon İcra Hakimiyyətinin apardığı qiymətləndirmələrə görə, bütövlükdə rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 9,1 milyard ABŞ dolları təşkil edib. Hazırda işğaldan azad olunan ərazilərimiz üzrə dəymiş ziyanın beynəlxalq metodologiyaya uyğun hesablanması başa çatmaq üzrədir və bundan sonra daha konkret rəqəmlər qeyd etmək mümkün olacaq.

Bununla yanaşı, dəymiş ziyan, sadəcə, əmlakın məhv edilməsi deyil, həmçinin 30 illik işğal müddətində həmin ərazilərdəki təbii ehtiyatların talanması və torpaqlardan istifadə ilə də ölçülür. Digər tərəfdən, işğal nəticəsində 47.2 min sakinimizin məcburi köçkün həyatı yaşaması beynəlxalq metodologiyada əsas xərclərdən hesab olunur. Tezliklə Laçın şəhəri Azərbaycan Ordusunun tam nəzarətində olacaq. Laçın rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşımaqla yanaşı, böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın eyni zamanda turizm baxımından, o cümlədən yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək".

Millət vəkili bildirir ki, Laçına və digər rayonlara dəymiş ziyanın həcmi beynəlxalq metodologiya əsasında həyata keçirilir: “Açıqlanan rəsmi məlumatlar da göstərir ki, Azərbaycanda bu istiqamətdə çox aktiv işlər gedir. Hesab edirəm ki, hazırda Laçın rayonunda törədilən dağıntılar, meşələrin yandırılması da beynəlxalq məhkəmələrə göndəriləcək iddialara daxil ediləcək. Dəymiş ziyan kifayət qədər böyükdür. O ziyanın ödənilməsinin Ermənistandan tələb olunması son dərəcə vacibdir. Hazırda ziyanın qiymətləndirilməsi prosesi gedir. Bu proses başa çatdırıldıqdan sonra artıq iddiaların məhkəmələrə göndərilməsi mərhələsi başlayacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

17.08.2022 08:50
743