Vandakı Azərbaycan türkündən erməni vəhşiliklərini İFŞA açıqlamaları

Ermənilər xüsusilə də son 1-2 əsrdə türk torpaqlarında o qədər vandallıq aktları törədiblər ki, yazmaqla, saymaqla bitib-tükənmir. Azərbaycan ərazilərində törədilən bəşəri cinayətlər öz yerində, bu barədə illərdir yazırıq, hazırda mühakimə olunan və ilkin istintaqı başlayan erməni canilərinin açıqladığı və açıqlayacağı faktlar da dəhşətlərlə doludur.

Bir neçə gün əvvəl Beynəlxalq Qarabağ Təşkilatının və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan səfərimiz zamanı qardaş Türkiyədə də erməni vəhşiliklərinin şahidi olduq, bu barədə faktları dinlədik, erməni barbarlığının “əl işi” olan ünvanda olduq.

VAN YENİ.jpg (182 KB)

Söhbət bir əsrdən çoxdur ermənilərin saxta “soyqırım”da ittiham etdiyi Türkiyədən gedir. Erməni saxtakarlar bu yalanları əlində bayraq edib Türkiyəyə qarşı xaç yürüşü təşkil etməyi də bacarıblar, çünki elə bu planı, saxtakarlığı hazırlayanlar təkcə bədnam qonşularımız deyil, Qərbdəki türk düşmənləridir.

Tarixi faktlar dəhşət saçır: 1915-ci ilin mayında rusların Şərqi Anadoluya hücumlarının gücləndiyi, ingilis və fransızların Çanaqqala əməliyyatlarına başladığı bir dövrdə ermənilər növbəti dəfə türkləri qırmaq üçün fürsət qazandılar. Təkcə Van vilayətində erməni terrorçularının qətlə yetirdikləri dinc əhalinin sayı 3 min nəfərdən çox olub. Tarixi qaynaqlara görə, 22 iyun 1915-ci ildə hökumət qüvvələri Van şəhərinə daxil olduqda gördükləri mənzərədən dəhşətə gəliblər: şəhərin bütün müsəlman əhalisi - türklər, azərbaycanlılar, kürdlər ermənilər tərəfindən amansızlıqla qətlə yetirilibmiş. Bununla bitməyib. 1916-cı ilin mayında ermənilər Malazgird şəhərində 20 000 nəfəri öldürərək, uşaqları əzablar verdikdən sonra odda yandırmışdılar. O zaman Van yaxınlığındakı Köprüköy kəndində 200 nəfər ermənilər tərəfindən məhv edilmişdi. 22 may 1916-cı ildə Van şəhərindəki ermənilər türk əhalini kütləvi şəkildə zəhərləyiblər və nəticədə yüzlərlə insanın qırılmasına nail olublar. Bir gün sonra isə erməni qatillər Van yaxınlığında Seyl kəndində əksəriyyəti uşaq, qoca və qadın olan 300 nəfər türkü qərtlə yetiriblər, yaşayış məskənlərini yağmalayıb, yandırıblar. Erməni canilər 1000-dən artıq uşağı (!!!) boğaraq öldürmüşdülər, meyitlərin qulaqları, burunları kəsilmiş, gözləri çıxarılmışdı, eynilə Xocalıdakı, Meşəlidəki kimi… Ümumilikdə 15 mindən çox dinc sakin məhv edilmişdi.

QALA.jpg (239 KB)

Erməni vəhşiliklərinin ünvanı olan qədim Van şəhərinin yerləşdiyi qalanı ziyarət etdik. Van şəhərinin mövcud olduğu tarixi ərazidə törədilmiş dəhşətli cinayətlərin bir qismini Musavat.com-a Van Küresünnilər Derneyi başqan yardımçısı Alpər Aydəmir açıqladı, yağmurun altındaca… Minlərlə insan məhv edilib. Deyir ki, əski Vanın bir tərəfində müsəlmanlar, türklər yaşayıb, digər tərəfində, dağın o üzündə isə ermənilər. Günün birində təpədən-dırnağadək silahlanan ermənilər dinc insanlara hücum edərək kütləvi qətliamlar törədiblər, evləri, camiləri yandırıblar. Alpər Aydəmir deyir, indi yenə də ermənilər Vana axın edirlər, hətta Van torpağına, Van gölündəki Ahdamar kilsəsinə iddia da edirlər, həyasızcasına. Onlar bəzən cilddən-cildə girib “qardaşıq” desələr də, bu tayfaya daha güvənc qalmayıb, həm Türkiyəyə, həm də Azərbaycana qarşı tarixən etdiyi pisliklərə görə.

Alpər bəy “Biz onlara güvənmirik. Necə ki, Qarabağı da yandırdılar, ataları kimi” - deyir. Sonra isə ermənilərin heç zaman uğur qazanmayacaqlarına əminliyini ifadə edir:

“Ermənilər bu günə qədər heç bir zaman dövlət olmadılar, ola bilməyəcəklər də. Çünki onlar zalımlıqla, zülmlə nələrsə əldə etməyə çalışıblar, Allah da onları hər zaman cəzalandırıb”.

ALPER SON.jpg (236 KB)

Yeri gəlmişkən, Alpər bəygilin nəsilləri Vana Azərbaycandan köçüblər. Ürəyi hər zaman həm də Azərbaycanla birgə döyünür. Qarabağ uğrunda savaşı həyəcanla izləyib. Söhbətimizin sonunda “Azərbaycan Qarabağdır, Qarabağ Azərbaycandır!” - deyir...

Elşad Paşasoy,
Türkiyə, Van,
Musavat.com

04.11.2023 11:30
2048