Dünyaca mışhur aktyor Jan Kloud Van Dammın oğlu Kristofer Van Damm da Azərbaycana dəstək nümayiş etdirib.
Musavat.com bildirir ki, Kristofer Şəhidlər Xiyabanında ucaldılmış Əbədi Məşəl abidəsinin görüntülərini paylaşaraq, qeyd edib:
“Həqiqət üçün dua edin”.
Onun azərbaycanlı xanımı, pianoçu Suada Hacızadə isə həmin paylaşıma “Həqiqət və ədalət öz yerini tapacaq. Çox sağ ol”, şərhini yazıb.
Xalidə Gəray
Musavat.com