ARB TV-nin efirində yayımlanan "Elgizlə izlə" verilişinə ekspert kimi dəvət olunan şairə İlhamə Elşadqızı barədə tənqidlərin ardı-arası kəsilmir. Sosial şəbəkələrdə qeyri-adi rəqsləri, hərəkətləri, açıqlamaları ilə gündəm olan şairə İlhaməyə efir qadağası qoyulması ilə bağlı adiyyəti qurumlara çağırışlar edilir. Onunla bərabər, Elgiz Əkbər də tənqid olunur.
Aparıcı bununla bağlı qeyd edib:
"Mən çoxdandır, İlhaməni görmürəm. 3 ay olar. Vallah, mənim xəbərim yoxdur".
E.Əkbər "İ.Elşadqızı artıq efirə dəvət olunmur, qadağa qoyulub" sualına da "xəbərim yoxdur, bilmirəm" deməklə kifayətlənib./pravda.az