“Valideynlərimin vəziyyəti orta ağırdır. Həkimlər bildirir ki, yalnız bir sutka ötəndən sonra vəziyyətləri ilə bağlı nəsə deyə bilərlər”.
Bunu Musavat.com-a mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva partlayışda xəsarət alan valideynlərinin səhhətindən danışarkən deyib.
O bildirib ki, valideynləri ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.
Xatırladaq ki, bu gün səhər saatlarında Novxanıdakı evində baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.
Şahanə Rəhimli,
Musavat.com