Valeh Hüseynov vəzifəsindən azad olundu

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.//“Qafqazinfo”

14.05.2024 21:27
2229